DİN ata və oğlunun öldüyü hadisə ilə bağlı məlumat yaydı

24.02.2020 15:30

Daxili İşlər Nazirliyi Lerikdə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 22-də saat 8 radələrində Lerik rayonunun Orand kəndi ərazisində kənd sakini M.Rəhimov idarə etdiyi "UAZ” markalı avtomobili yolun kənarındakı maneəyə vuraraq dərəyə aşırıb. Nəticədə sürücü və sərnişinləri xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən Xəqani Rəhimov və 1 yaşlı oğlu Hüseyn orada ölüb.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR