Hacıqabulda AĞIR QƏZA: Ölən var

24.02.2020 11:56

Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

XəzərXəbər xəbər verir ki, hadisə Hacıqabul rayonunda olub.

Padarçöl kəndində "Mercedes” markalı mikroavtobus yolu keçmək istəyən naməlum piyadanı vurub. Zərbənin təsirindən piyada hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.//Report.az

© xezerxeber.az


203 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR