Bakıda qaçırılan “Toyota Prado” Göyçayda tapıldı

21.02.2020 15:16

Bakıda avtomobil qaçıran şəxs tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Məmmədxanlı fevralın 18-də R.Məmmədov küçəsindən "Toyota Prado” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Nəsimi RPİ 19-cu PŞ və Göyçay RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini H.İsmayılov Göyçay rayonu ərazisində saxlanılıb.

Araşdırma aparılır.

© xezerxeber.az


160 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR