Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən tələbələrin analizlərinin cavabı açıqlandı

21.02.2020 09:30

Koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən, Çində təhsil alan iki tələbənin analizlərinin cavabı açıqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilir ki, Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi gəlib, yəni onlarda hər-hansı bir virus aşkarlanmayıb.

Gün ərzində tələbələrin evə buraxılacaqları gözlənilir.

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR