Şabranda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

20.02.2020 11:59

Şabranda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, fevralın 19-da saat 19 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisində Xaçmaz rayon sakini Ş.Cavadov idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Səkinə Mustafayevanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR