Bakı sakininin çantasından pul oğurlayan şəxs saxlanılıb

19.02.2020 12:22

Bakıda qadının çantasından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da paytaxt sakini X.Bərdazinin içərisində 220 manat, 120 ABŞ dolları və 200 dirhəm pul olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Qarayev saxlanılıb.

Araşdırma aparılır.

© xezerxeber.az


138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR