TƏBİB 3 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

26.01.2020 16:02

Tibbi Ərazi Bölmələrinin İdarə Birliyi (TƏBİB) bu gün İsmayıllı rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

XəzərXəbər birliyə istinadən xəbər verir ki, turist avtobusunun qəzaya uğraması nəticəsində 2 nəfərin hadisə yerində, bir nəfərin isə xəstəxanaya aparılarkən öldüyünü bildirilib. Qeyd olunub ki, xəsarət alanlardan bəziləri ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti stabildir.

Qeyd edək ki, ölənlərin 3-2 də avtobusla toqquşan minik avtomobilində olan bir ailənin üzvləridir.

© xezerxeber.az


188 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR