Paytaxtda soyğunçuluq edən iki nəfər tutulub

25.01.2020 16:26

Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Səfərov yanvarın 14-də yaşadığı evə gəlmiş iki tanışının açıq talama yolu ilə 218 manat pul apardıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, soğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Həziyev və Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Y.Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


170 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR