Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəklərdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb.
Bu barədə Trend-ə açıqlamasında Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, Bakı şəhər BPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq, polis idarəsinə gətirilib.
Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur:
"Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır".
© xezerxeber.azOmbudsman əsir götürülənlərlə bağlı hesabat hazırladı - VİDEO
Məişət texnikası və mobil telefon alarkən diqqətli olun - VİDEO
Türkiyəli iş adamları Qarabağa böyük maraq göstərirlər - VİDEO
“Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
Aİ-dən koronavirusa qarşı vaksin istehsal edən şirkətlərə çağırış
Peyvənd olunmayan şəxs səyahət zamanı məhdudiyyətlə üzləşə bilər
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB