Azərbaycanda iş yerində 3 nəfəri cərəyan vurdu

24.01.2020 13:44

Tovuzda 3 nəfəri iş vaxtı elektrik cərəyanı vurub.

Hadisə Bakı-Qazax-Gürcüstan yolunun Əyyublu kəndindən keçən hissəsində qeydə alınıb.

Yeni tikilən Gəncə-Gurcüstan yol tikintisində çalışan Tovuz sakinləri - 44 yaşlı Suliddin Abdullayev, Nihad Xudayi və 40 yaşlı Ayət Abduləzizov tikinti işləriylə məşgul olan zaman onları elektrik vurub.

Yaralılar ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib. Daha sonra xəstələrin vəziyyəti ağır olduqlarından Gəncə şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.(Baku tv)

© xezerxeber.az


216 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR