Bakıda metronun qarşısında faciəvi hadisə - ÖLƏN VAR

17.01.2020 13:14

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, yanvarın 16-da saat 8 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində - metronun "Nəsimi” stansiyasının qarşısında Bakı şəhər sakini E.Qasımov idarə etdiyi "Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsən Sədrəddinovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

© xezerxeber.az


168 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR