İran vətəndaşı sərhəddən 2 kq narkotik keçirməyə cəhd edib - FOTO

13.12.2019 09:51

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) xezerxeber.az-a verilən məlumata görə, dekabrın 11-də "Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Asadi Ramin Sedigh oğlunun üzərinə sərhəd və gömrük baxışı keçirilən zaman 25 bükümdə konfet bağlamanın içərisində və xüsusi hazırlanmış gül səbətinin altında gizlədilmiş şəkildə ümumi çəkisi 2 kq 137 qr "tiryək” narkotik vasitə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© xezerxeber.az

FOTOQALERIYA






160 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR