Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: kişini ağzından güllələdilər

10.12.2019 15:10

Tərtər rayonunda güllələnmə hadisəsi baş verib.

"Report" un verdiyi məlumata görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan Behbudov Mənsur Oktay oğlu ağzından güllələnib.

Onun kim tərəfindən və hansı səbəbdən güllələndiyi məlum deyil.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğu üçün Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə aparılıb.

© xezerxeber.az


669 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR