Sumqayıtda mənzildən kişi meyiti tapılıb

09.12.2019 12:35

Sumqayıtda mənzildən kişi meyiti tapılıb.

Bu barədə xezerxeber.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Qasımov Vəkil Qədim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

© xezerxeber.az


166 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR