Məktəbin həyətində qız üstündə dava: 18 yaşlı oğlan bıçaqlandı

07.12.2019 16:03

Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, hadisə şəhər ərazisindəki 2 saylı orta məktəbin həyətində qeydə alınıb.

2002-ci il təvəllüdlü Xalid Seyidov məktəbin həyətində bir neçə nəfərlə mübahisə edib. Onların mübahisəsi sonda davaya çevrilib. Dava zamanı Xalid Seyidov bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

İlkin məlumata görə, hadisə qız üstündə yaranan mübahisə zəminində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.


© xezerxeber.az


236 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR