Qəbələdə dəhşətli qəza: 1 ölü, 1 yaralı

07.12.2019 15:09

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, rayonunun Savalan kəndi ərazisində şəhər sakini B.Abdurəhmanovun idarə etdiyi "Seat” və Ağdaş rayon sakini Xəqani Nəsirovun idarə etdiyi "VAZ-21015” markalı avtomobillər toqquşub.

Nəticədə X.Nəsirov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş digər sürücünün vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Qəbələ rayon polis şöbəsində araşdırma aparılır.

© xezerxeber.az


223 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR