Sabunçu bazarında yanğın olub

28.11.2019 08:52

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

FHN-dən xezerxeber.az-a bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

© xezerxeber.az


130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR