Azərbaycanda dəhşətli qəza: Toy dəvətnaməsini paylamağa gedən gənci maşın vurub öldürdü

26.11.2019 17:43

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.azxəbər verir ki, noyabrın 22-də gecə saatlarında Beyləqan rayon Mayak kənd sakini Zeynalov Oruc Abbas oğlunu maşın vurub.

Gənchadisə yerində ölüb.

Məlumata görə, O.Zeynalov toya hazırlaşırmış. O, dostunun maşınını alaraq, toy dəvətnaməsi paylamağa gedib. Ancaq Milabad kəndi ərazisində avtomobilin mühərriki sönüb, Oruc və maşındakı digər sərnişin maşını itələməyə başlayıblar.

Gecə saatları olduğuna görə, arxadan gələn avtomobil onları görməyib və toya hazırlaşan gənci vurub. Hadisə nəticəsində O.Zeynalov həyatını itirib.

Orucun bu gün toyu olacaqdı. Ancaq dünən onun üçmərasimi keçirilib.

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR