Bakıda daha bir TƏLƏBƏ DƏHŞƏTİ - Faciəvi şəkildə CAN VERDİ

26.11.2019 15:15

Noyabrın 25-nə keçən gecə saat 23 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Anar Musayev idarə etdiyi "Mercedes” markalı avtomobili elektrik dirəyinə vurub.

Hadisə zamanı sürücü idarəetməni itirdiyindən, nəqliyyat vasitəsi qarşıdan gələn A.Şirəliyevin idarə etdiyi "VAZ-2109" markalı avtomobilə dəyib. Nəticədə A.Musayev hadisə yerində ölüb.

Qeyd edək ki, qəzada ölən 20 yaşlı Anar Musayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin II kurs tələbəsi olub.

Faktla bağlı Səbail rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır./publika.az

© xezerxeber.az


656 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR