44 məktəbli qazdan zəhərləndi - Vəziyyətləri orta ağırdır

25.11.2019 18:21

Rusiyanın Nijni Novqorod vilayətindəki məktəblərin birində 45 nəfər qazdan zəhərlənib.

Trend-in məlumatına görə, onlardan 44 nəfəri məktəblidir.

Qeyd olunur ki, hadisəyə səbəb məktəbin yaxınlığında yerləşən qazpaylayıcı stansiyada qaz sızması olub.

Şagirdlərdən bəzilərinin vəziyyəti orta ağır olaraq dəyərləndirilir. Qeyd olunur ki, 23 nəfər müayinədən sonra evə buraxılıb.

Məktəbdə dərslər dayandırılıb.

© xezerxeber.az


181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR