Ordudan qayıdıb bacısını doğradı - Qəbiristanlıqdakı dəhşətli qətlin təfərrüatı

25.11.2019 16:56

Ceyranbatan qəbiristanlığında bacısını vəhşicəsinə qətlə yetirən 23 yaşlı Babək Fərzəliyev ilkin istintaqda özü və 20 yaşlı Aytən Fərzəliyeva arasında münaqişə barədə ifadə verib.

Bu barədə Oxu.Az hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla xəbər verir.

Qeyd edilir ki,B.Fərzəliyev bu yaxınlarda ordudan demobilizasiya olunubmuş.

Saxlanılan şəxs bildirib ki, Abşeron rayonunda onun bacısının əxlaqsız həyat tərzi sürdüyü barədə söhbətlər gəzib. Bununla bağlı olaraq o, bacısından kişilərlə təsadüfi münasibətləri dayandırmasını istəyib. Buna cavab olaraqA.Fərzəliyeva necə yaşayacağı barədə özünün qərar verəcəyini deyib.

Noyabrın 24-də B.Fərzəliyev yenidən bacısı ilə telefon əlaqəsi saxlayıb və ondan anaları Kifayət Fərzəliyevanın məzarını ziyarət etmək üçün Ceyranbatan qəbiristanlığına gəlməsini istəyib.

Burada onlar arasında münaqişə yaşanıb, nəticədə, B.Fərzəliyevkiçik bacısının boğazını kəsib, sonra isə Bakı şəhərinin Yasamal rayonu 29-cu Polis Bölməsinə gələrək təqsirini etiraf edib.

Qeyd edək ki, qurbanın körpə uşağı qalıb.

Onu da vurğulayaq ki, faciəvi ölüm əslən Laçın rayonundan olan Fərzəliyevlər ailəsinin bütün qadınlarının başına gəlib.

2014-cü ilin avqust ayında elə Yasamal rayonunun 29-cu Polis Bölməsinin ərazisində -Yeni Yasamal qəsəbəsində 46 yaşlı KifayətFərzəliyeva və onun 17 yaşlı qızı Yeganə Fərzəliyeva doqquzmərbəli binanın sonuncu mərtəbəsindən özlərini atmışdılar.

Buna görə, K.Fərzəliyevanın ərinə qarşıAR CK-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi iləcinayət işi qaldırılıb. O, dördil müddətinə azadlıqdan məhrum edilib.

Məcburi köçkün ailəsi Ceyranbatan qəsəbəsində texniki peşə məktəbinin binasında yaşayırdı.

© xezerxeber.az


204 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR