Abşeronda “Porche”, Ucarda “Mercedes” yanıb

21.11.2019 15:49

Abşeronda "Porche”, Ucarda "Mercedes” markalı avtomobillər yanıb.

Xezerxeber.az-ın Fövqaladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Abşeron rayonunun Masazır qəsəbəsində "Porsche" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ucar rayonunun Qaracallı kəndində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© xezerxeber.az


359 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR