Masazırda “Mercedes” markalı avtomobilin vurduğu piyada hadisə yerində ölüb

19.11.2019 15:12

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayonun Masazır qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Cəmil Əsədovu Cəlilabad rayon sakini R.Əkbərov idarə etdiyi "Mercedes” markalı avtomobillə vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR