Bakı-Qazax yolunda evakuatorla "KamAZ" toqquşdu - Sürücü ağır xəsarət aldı

19.11.2019 09:30

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Hacıqabul rayonu ərazisində "Mercedes” markalı evakuator ilə "KamAZ" markalı yük avtomobili toqquşub.

XəzərXəbər nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes” markalı evakuatorun sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

© xezerxeber.az


163 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR