Abşeronda evdən 53 min manatlıq oğurluq edilib

18.11.2019 15:58

Abşeronda evdən 53 min manatlıq oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də rayon ərazisindəki evlərin birindən 53.500 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – B.Aslanov və Q.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


210 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR