Bakıda bir gündə 3 nəfər itkin düşdü - Müəmma

18.11.2019 11:16

Bakıda iki gənc qız və bir kişi itkin düşüb.

"Report”un xəbərinə görə, hadisə paytaxtın Binəqədi, Xətai və Nizami rayonlarında qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Aydan Rəhimova noyabrın 15-də yaşadığı Binəqədi qəsəbəsi, Mərkəzi küçəsində yerləşən fərdi yaşayış evindən çıxıb və bir daha geri qayıtmayıb.

Bundan başqa, 2004-cü il təvəllüdlü Aynurə Əmirova noyabrın 15-də yaşadığı Xətai rayonu, T.Hacıbabayev küçəsi 3 ünvanından, 1987-ci il təvəllüdlü Teymur Kərimov eyni gündə yaşadığı Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanından çıxıb və bir daha geri qayıtmayıblar.

Hər üç şəxsin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Faktla bağlı aidiyyatı üzrə polis bölmələrində araşdırma aparılır.

© xezerxeber.az


375 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR