Ermənistanda dəm qazından zəhərlənmə nəticəsində beş nəfər ölüb.
"Report” xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin İnformasiya və İctimaiyyətiylə əlaqələr şöbəsinin rəisi Naira Arutunyan deyib. Onun sözlərinə görə, ölənlərin biri yaşlı qadın, digərləri azyaşlıdır.
Hadisə İrəvan şəhərindən 25 km məsafədə yerləşən Nor-Açin şəhərində baş verib.
Evlərin birində 77 yaşlı qadının və dörd azyaşlı uşağın meyiti aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır. İlkin məlumata əsasən, hadisə dəm qazından zəhərlənmə nəticəsində baş verib.
© xezerxeber.azPaytaxtın bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
"Fevralın 15-dən şagirdlərimizi məktəblərdə görmək istəyirik"
Baş Nazirdən yeni qərar - Bu şəxslərə kompensasiya ödəniləcək
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB