Gəncə sakininin atasını qətlə yetirməsi ilə bağlı rəsmi məlumat

16.11.2019 13:55

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, noyabrın 15-də Gəncə şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Y. Dadaşov evində münaqişə zəminində atası Mübarizə bıçaqla çoxsaylı xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş yaralı orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Y. Dadaşov saxlanılmış, onun sərxoş halda olması müəyyən edilib.

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR