Göyçayda soyğunçuluq edən iki nəfər tutuldu

12.11.2019 14:37

Göyçay rayonunda soyğunçuluq olub.

XəzərXəbər xəbər verir ki, Göyçay rayon polis şöbəsinə müraciət edən Abşeron rayon sakini İ.Niftiyev noyabrın 9-da axşam saatlarında şəhər ərazisində 2 nəfərin onu bıçaqla hədələyib, 120 manatını, mobil telefonunu və qol saatını almalarını bildirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri Ə.Əsgərov və X.Əhmədov saxlanılıblar.

© xezerxeber.az


87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR