Avtomobillə vurduğu piyadanı evə apardı, yaralı orda öldü - Bakıda

07.11.2019 15:15

Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində piyada avtomobillə vurulub.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, noyabrın 6-da saat 13 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Ağazadə idarə etdiyi "VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elyanə Məmişovanı vurub.

Nəticədə N.Ağazadə xəsarət almış E.Məmişovanı həmin qəsəbədə yaşayan qohumunun evinə aparıb və təcili tibbi yardım stansiyasının həkimləri gələnədək E.Məmişova orada ölüb.

© xezerxeber.az

FOTOQALERIYA






95 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR