Bakıda narkotik istifadəçisi evində ölü tapılıb

07.11.2019 15:15

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, Yasamal rayon sakini, 1968-ci il təvəllüdlü Rzayev Zaur Hüseyn oğlunun meyiti yaşadığı ünvanda aşkar edilib. İlkin müayinə zamanı onun naməlum narkotik maddədən zəhərləndiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR