Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda sürücü maşınla vurduğu 32 yaşlı qadını evə apardı və... - YENİLƏNDİ

07.11.2019 11:58

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə noyabrın 6-da paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Nurlan Ağazadə idarə etdiyi "VAZ-2107" markalı avtomobili ilə Ramana qəsəbəsi, Ə.Bağırov küçəsi ilə Ramana qalası istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən paytaxt sakini, 1987-ci il təvəllüdlü Elyanə Məmişovanı vurub.

Daha sonra sürücü qadını avtomobili ilə Ramana qəsəbəsində yaşayan qohumu Xəyalə Musayevanın evinə aparıb, orada təcili tibbi yardım çağırıb. Təcili tibbi yardım gələn zaman E.Məmişova ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

*****

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabunçu rayonu Ramana qəsəbə ərazisində "VAZ 2107" markalı minik avtomobili yolu keçməyə çalışan 32 yaşlı qadını vurub.

Ağır xəsarət alan piyada vəfat edib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

© xezerxeber.az


71 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR