Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

05.11.2019 17:55

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayonun Görədil bağlar sahəsində Bakı şəhər sakinləri Ş.Əliyevin idarə etdiyi "Volvo” və M.Quliyevin idarə etdiyi "Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə M.Quliyevin avtomobilində olan sərnişinlərdən Tünzalə Quliyeva hadisə yerində, 2 yaşlı nəvəsi Yusif xəstəxanada ölüb. M.Quliyev və digər sərnişini olan bir yaşlı nəvəsi isə xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


95 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR