Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakı sakinini avtomobilə mindirərək bıçaqlayan şəxslər saxlanılıb

23.10.2019 15:04

Bakı sakinini avtomobilə mindirərək bıçaqlayan şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, oktyabrın 22-də saat 2 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində 3 nəfərin A.İsmayılovu bıçaqla hədələyib "VAZ-2107” markalı avtomobildə aparılması barədə DİN-in "102” Zəng Mərkəzinə müraciət daxil olub.
Məlumatla əlaqədar dərhal Sabunçu RPİ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Sabunçu RPİ PPXB, DYPŞ və 12-ci PŞ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Əsgərov Sabunçu qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.
Polis əməkdaşları tərəfindən bu cinayət əməlini törətməkdə şübhəli bilinən digər 2 nəfərin də şəxsiyyətləri müəyyən edilib.

Üz və bədən nahiyəsindən xəsarət almış A.İsmayılov xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

14.11.2019 23:12

Türkiyə Avro-2020-də

ÇOX OXUNANLAR