Bakıda piyadanın ölümünə səbəb olan sürücü tutulub

15.10.2019 11:37

Bakıda qəza törədib hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, oktyabrın 10-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Abşeron rayon sakini Aidə İsmayılova vurulub və o, zərbədən qarşıdan gələn, Bakı şəhər sakini C.Abdullayevin idarə etdiyi "Wolkswagen” markalı avtomobilin altına düşərək hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi, Nəqliyyatda Baş Polis İdarəsi və Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Kia” markalı avtomobilin sürücüsü, Cinayət Məcəlləsinin 263 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə axtarışda olan Gədəbəy rayon sakini Z.Abbasov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR