Qubada 20 yaşlı oğlan qardaşının evini qarət etdi

14.10.2019 16:23

Quba rayonunda oğurluq edilib.

XəzərXəbər xəbər verir ki, rayonunun Səbətlər kənd sakini A.İsmayılov Quba rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən 1198 manatın naməlum şəraitdə oğurlandığını bildirib.

Məlumatla əlaqədar rayon polis .öbəsində dərhal əməliyyat-istintaq qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.

Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan miqdarda pulun ev sahibinin qardaşı, 20 yaşlı Taleh Qədirov tərəfindən oğurlandığı məlum olub.

İlkin dindirilmə zamanı T.Qədirov cinayət əməlini etiraf edib, qardaşı evdə olmadığı vaxtda oğurluğu törətdiyini bildirib. Oğurluq pullar isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Quba cinayət işi başlanılıb, araşdırma aparılır.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR