Bakı yaxınlığında avtobus yandırıldı - HƏBS EDİLƏN VAR

14.10.2019 13:46

Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində yanğın törədilib.

XəzərXəbər xəbər verir ki, oktyabrın 12-də saat 4 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində qəsəbə sakini K.Nəcəfova məxsus "İsuzu” markalı avtobus yandırılıb. Nəticədə yanar konstruksiyalar yanıb, xəsarət alan olmayıb. Avtobusu yandıran Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəsirov könüllü olaraq Abşeron RPİ-yə gələrək istintaqa təslim olub.

Araşdırma aparılır.

© xezerxeber.az


166 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR