Başından xəsarət alan körpə xəstəxanada öldü

10.10.2019 09:36

Bakıda xəstəxanada 3 yaşlı uşaq dünyasını dəyişib.

Hadisə oktyabrın 9-da Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş verib.

Belə ki, oktyabrın 3-də Qobustan rayon sakini, 2016-cı il təvəllüdlü Rasim Muradov başın əzilmiş yaraları xəsarəti ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra yaralı əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, oradan da Bakıda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.

Oktyabrın 9-da isə körpə orada ölüb.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırılma aparılır.

© xezerxeber.az


91 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR