Bakıda qonşular arasında dava olub, bıçaqlanan var

05.10.2019 10:25

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydəa lınıb. Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Mikayıl Babayev sərxoş vəziyyətdə qonşusu, 1947-ci il təvəllüdlü Teymur Babayevi bıçaqlayıb.

T. Babayev xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən M. Babayev tutulub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb və istintaq aparılır. (APA)

© xezerxeber.az


182 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR