Qobustanda üç yaşlı uşağın üstünə manqal aşdı

04.10.2019 16:43

Qobustanda bədbəxt hadisə baş verib.

Şəhər sakini, 2016-ci il təvəllüdlü Muradov Rasim Murad oğlu həyətdə oynayarkənüstünə manqal aşıb.

O, ailəsi tərəfindən ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəxananın cərrahiyə şöbəsindən verilən məlumata görə, R.Muradov xəstəxanaya daxil olarkən ağır komatoz vəziyyətdə olub. O, açıq kəllə-beyin travması, baş beyinin əzilməsi diaqnozu ilə paytaxt Bakıya göndərilib. Hazırda azyaşlı komadadır.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR