Bakı metrosunda qadına qarşı iyrənc əməl - Təfərrüat

04.10.2019 15:34

Polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

XəzərXəbər xəbər verir ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Yaqubova oktyabrın 1-də metronun "Sahil” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR