Gəlin qayınanasının qızıllarını oğurladı - Bakıda

04.10.2019 14:46

Bakının Nərimanov rayonunda oğurluq olub.

XəzərXəbər xəbər verir ki, 18-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR