Beyləqan və İmişlidə 2 nəfər öldü

02.10.2019 15:18

Oktyabrın 1-də saat 22 radələrində Beyləqan rayonunun Qaralar kəndi ərazisində ağır yol qəzası baş verib.

Rayon sakini S.Şükürov idarə etdiyi "KamAZ” markalı avtomobillə yolu keçən Qaralar kənd sakini Namiq Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Dünən saat saat 17 radələrində isə İmişli rayonunun Bəcirəvan kəndi ərazisində rayon sakinləri İ.Cahangirovun idarə etdiyi "Belarus-82” markalı traktorla Samir Səmədovun idarə etdiyi "İJ-Planeta” markalı motosiklet toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş S.Səmədov orada ölüb.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

© xezerxeber.az


95 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR