Bakıda qonaq ev sahibini amansızlıqla öldürdü – MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR

02.10.2019 12:34

Bakıda dəhşətli qətl törətmiş şəxsin məhkəməsi başlayır.

XəzərXəbər xəbər verir ki, bu il iyunun 6-da Sabunçu rayonu Zabrat qəsəbəsində Coşqun Babaşovun qonaq getdiyi evin sahibi Qasımov Rəşid Hümmət oğlunu amansızlıqla öldürməsi faktı əsasında Cinayət Məcəlləsinin 120.2.4-cü(xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə açılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Telman Hüseynovun icraatına verilib.

Qeyd edək ki, C.Babaşov tanışına çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib və hadisə yerindən yayınsa da, Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

© xezerxeber.az


202 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR