Ağsuda iki avtomobil toqquşdu: Xəsarət alan var

22.09.2019 16:26

Ağsu rayonunun Növcü kəndində VAZ markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallaq Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

© xezerxeber.az


493 dəfə oxunub

ÇOX OXUNANLAR