Bakıda soyğunçu yeniyetmə ələ keçdi

20.09.2019 16:13

Bakıda soyğunçuluqla məşğul olan yeniyetmə tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 18-də Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini E.Əliyevə məxsus "VAZ-2106” markalı avtomobildən soyğunçuluq yolu ilə maqnitofon aparmaqda şübhəli bilinən Salyan rayon sakini olan bir yeniyetmə saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha 3 avtomobildən maqnitofon oğurlaması da müəyyən edilib.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR