Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR

16.09.2019 18:03

Bərdə rayonunda yol qəzası baş verib.

Hadisə Qaradəmirçi kəndində qeydə alınıb.

Belə ki, çağırışa gedən təcili yardım maşını "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə minik maşınında olan iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin başvermə səbəbləri və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

© xezerxeber.az


149 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR