Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda olay - Anasının bu sirri gənci şoka saldı, evdən qaçdı

16.09.2019 15:50

Bakının Sabunçu rayonunda xoşagəlməz hadisə baş verib. Belə ki, 17 yaşlı Şahin Rəhimov avqustun 11-də sözügedən ərazidə itkin düşüb.

XəzərXəbər xəbər verir ki, bu barədə Oxu.az-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, Ş.Rəhimovun qəflətən itkin düşməsini ilə bağlı Bakı Şəhər Prokurorluğunda araşdırmağa başlayıblar.

Avqustun 23-də şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb və itkin düşmüş şəxsin axtarışını təmin etmək üçün sənədlər rayon polis şöbəsinə təhvil verilib.

Axtarışlara başlayan 12-ci Polis Bölməsinin əməliyyatçıları sentyabrın 15-də itkin düşən şəxsi Sumqayıtda tapıblar. Xoşbəxtlikdən valideynlərin oğlunun qaçırılması ilə bağlı şübhələri təsdiqini tapmayıb. Məlum olub ki, Ş.Rəhimov anasına qəzəbləndiyi üçün evdən qaçıb.

Belə ki, qadın oğluna onun doğma övlad olmaması və övladlığa götürülməsi ilə bağlı sirri açıb. Bu etiraf gənci şoka salıb və o, evdən qaçıb.

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR