Balıqçı faciəsi: biri öldü, digərləri itkindir

12.09.2019 13:16

Danimarka krallığının tabeliyində olan Qrenlandiya adasında faciə baş verib.

Uummannaq bölgəsində buz kütləsi əriyib və nəticədə yaxınlıqda olan 3 balıqçıdan 1-i ölüb. Digər 2-nin axtarışları davam edir.

Qrelandiya polisindən verilən açıqlamada qırılan buz kütləsinin böyük dalğalar yaratdığı, buna görə də bölgə xalqının qopma riski olan buzlaqlardan uzaq durması xəbərdarlığı qeyd olunub.

Səthi baxımdan dünyanın ən böyük adası və Şimal Qütbünün ən çox buz kütləsinə sahib Qrelandiya qlobal istiləşmə səbəbilə təxmin ediləndən daha sürətlə əriyir.

CNN-nin xəbərinə görə, Qrelandiyada iyul ayında kəskin istilər səbəbilə 197 milyard ton buz əriyib./publika.az

© xezerxeber.az


84 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR