Nərimanov rayonunda ev yanıb

11.09.2019 13:55

Nərimanov rayonunda ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli altı otaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində evin 3 otağı 60 kvadratmetr və dam örtüyü 98 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR